11 işıq ili uzaqlıqdan “qəribə siqnallar” gəlir

0
332
Elm və astronomiya dünyası “Ross 128” adlı cırtdan ulduzdan gələn mesajlarla çaşbaş qalıb.
Porto Riko Universitetinin astrobioloqu hadisə ilə bağlı bunları deyib: “Demək olar ki, dövri siqnallar gəlir. Yadplanetlilər ola bilər”.
Mediaktiv.az Visiontv.az-a istinadən bildirir ki, Arecibo Rəsədxanası tərəfindən verilən açıqlamaya görə, elm adamları 12 mayda nəhəng ölçülərdəki radio teleskopdan siqnallar gəldiyini eşidiblər. Dünyadan 11 işıq ili uzaqda yerləşən bir cırtdan ulduzdan gəldiyi müəyyən edilən göy cisminin Ross 128 kod adı ilə məlum olduğu qeyd edilib.
Günəşdən 2.800 qat daha parlaq olan Ross 128 haqqında açıqlama edən Abel Mendez bunları danışıb: “Ulduzu 10 dəqiqə müşahidə etmişik və demək olar ki, dövri siqnallar gəldiyini fərq etdik. Hər nə qədər bunun zəkalı varlıq olması ehtimalı az olsa da bu ehtimalı bütövlükdə gözardı edə bilmərik”.
İnformasiya platforması “Business Insider”a danışan Mendez “Beynəlxalq elm dünyası siqnalları araşdırır. Areciboda monitorinq sahəmiz çox genişdir və bu səbəbdən gələn siqnalların bu ulduzdan deyil, başqa bir obyektdən gəlmiş olma ehtimalı da var. Amma heç bir peykdən daha əvvəl bu şəkildə bir siqnal almamışdıq. Siqnallar çox qəribədir” – deyə əlavə edib.
loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin