Home Dünya İran yerli istehsal olan ilk reaktiv qırıcını təqdim etdi – FOTOLAR

İran yerli istehsal olan ilk reaktiv qırıcını təqdim etdi – FOTOLAR

728
0
SHARE
İran ölkənin yerli istehsalı olan ilk qırıcını təqdim edib.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İranda 21 avqust Müdafiə Sənayesi Günü ilə bağlı keçirilən tədbirdə “Kovsar” adlandırılan ilk yerli qırıcının nümayişi olub.

Müdafiə Nazirliyinin hava sənayesi mütəxəssisləri və silahlı qüvvələrin dəstəyilə hazırlanan qırıcı son texnologiya ilə təchiz edilib. Təyyarənin elektron alovlama sistemi, ballistik hesablama sistemi və radar nəzarət sistemi kimi özəllikləri var.

Qeyd edək ki, tədbirdə İran prezidenti Həsən Ruhani da iştirak edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here