Home Maraqlı Maşınlara qaz balonu quraşdırmağın təhlükəsi

Maşınlara qaz balonu quraşdırmağın təhlükəsi

121
0
SHARE

Təbii qazla çalışan maşınlara bir neçə il əvvəl az rast gəlinirdi. Amma benzinin qiymətində müşahidə olunan artımla əlaqədar sürücülərin yenidən maşınlarına qaz balonu quraşdırması müşahidə edilir.

Baku TV məsələ ilə bağlı sorğu keçirib.

Məlum olub ki, qaz balonundan istifadəni normal qarşılayanlarla yanaşı, ondan ehtiyatlananlar da az deyil.

Maşınlara balon quraşdırılması ilə məşğul olan ustalar deyir ki, sürücülərin buna müraciəti, əsasən, maddiyyatla bağlıdır.

“Avtomobili nə ilə idarə etməyinizin fərqi yoxdur. Əsas odur ki, ehtiyat və təhlükəsizliyiniz birinci planda olsun. Sonradan peşman olmaq istəmirsinizsə, bu işi peşəkarlara əmanət edin”, – maşın ustası İlqar Məmmədov bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here