Home Cəmiyyət Bu gün Türkiyə Cumhuriyyətinin Naxçıvan Baş konsulu vəzifəsini başa vurur.

Bu gün Türkiyə Cumhuriyyətinin Naxçıvan Baş konsulu vəzifəsini başa vurur.

106
0
SHARE

MEDİAKTİV.AZ xəbər verir ki, dünən Başkonsulluq iqamətgahında 30 Avqust Zəfər bayramının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə ilk olaraq Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı münasibəti ilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək Türkiyə ilə əlaqələrdən, qarşılıqlı münasibətlərdən danışıb. Çıxışın ardından o, Ali Məclisin sədri adından Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşənə üzərində Naxçıvan mənzərəsi həkk olunmuş tablo hədiyyə edib. Tədbirdə çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən Türkiyə – Azərbaycan münasibətlərin qədim tarixindən danışıb. Çıxışının sonunda 4 illik fəaliyyətinin artıq başa çatdığını bildirib. O, bu illər ərzində görülən işlərdən danışıb. Burada gördüyü xoş münasibəti, qonaqpərvərliyi unutmayacağını deyib. Baş konsul qeyd edib ki, bundan sonra vəzifəsinə Ankarada davam edəcək. Tədbirin sonunda jurnalistlərin suallarını cavablandıran Nihat Ərşən onlarla birlikdə xatirə şəkli çəkdirib. Məlumat üçün bildirək ki, bundan sonra Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsini Emin Kiraz icra edəcək. Emin Kiraz bundan əvvəl Ankarada xidmət edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here