Home Dünya Klintonla Yeltsinin gizli söhbətləri yayıldı: “Putin üçün çalışırıq” – Şok detallar

Klintonla Yeltsinin gizli söhbətləri yayıldı: “Putin üçün çalışırıq” – Şok detallar

200
0
SHARE

ABŞ-ın 42-ci prezidenti Bill Klintonla Rusiyanın ilk baş naziri və dövlət başçısı Boris Yeltsin arasında 1993-1999-cu illərdə aparılan bütün toplantı və telefon danışıqlarının məxfiliyi aradan qaldırılıb.

MEDİAKTİV.AZ “Sputniknews”a istinadən bildirir ki, Klinton Prezident kitabxanasının saytından əldə olunan sənədlərə görə, 8 sentyabr 1999-cu il tarixli Klinton-Yeltsin arasında aparılan telefon söhbətində rus dövlət başçısı özündən sonra yerinə Putinin gəlməsini istədiyini deyib. O, bunun səbəblərini də açıqlayıb.

“Putinin 2000-ci ildəki seçkidə dəstək görəcəyindən əminəm. Biz bunun üçün çalışırıq”, – deyə bildirmiş Yeltsin, axır ki, özündən sonrakı layiqli dövlət başçısını tapdığını ifadə edib.

B.Yeltsin Putini ümidverici və məsuliyyətlərin öhdəsindən gələ bilən bir şəxs olaraq tərifləyib. O, Klintona “məncə, siz də Putinin çox yüksək keyfiyyətlərə sahib bir ortaq olduğunu düşünəcəksiniz”, deyib.

19 noyabr 1999-cu ildəki bir söhbətdə isə Klintonun Yeltsindən prezidentin kim olacağı ilə bağlı sualına “əlbəttə ki, Putin olacaq. O, demokratdır və Qərbi yaxşı tanıyır” – deyə, cavab verib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here