Home Araşdırma Elm aləminin 10 QORXUNC təcrübəsi… – İNANILMAZ HADİSƏ

Elm aləminin 10 QORXUNC təcrübəsi… – İNANILMAZ HADİSƏ

251
0
SHARE

Elmsiz bir həyat varmı? Bu sualın cavabı çox mürəkkəbdir.

Elm bəşər övladına həyatını dərk etmək və təbiəti anlamaq şansı verib. Bu gün xəstəliklərlə mübarizə apara biliriksə, bunu da elmə borcluyuq. Planetdəki yaşama uyğunlaşmağımızda elm ən əsas amildir. Lakin elmin bəşər tarixinə yazdırdığı qara səhifələr də var. İnsanlar üzərində aparılan təcrübələrin uğursuz olanları bu qara səhifələrə aiddir.

Baş köçürmə əməliyyatı

– 1970-ci illərdə həkim Robert Kevayt bir meymunun başını uğurla başqa bir meymunun bədəninə tikdi.Müasir dövrdə isə bir neyrocərrahiyyə professoru Selcu Kovolero bu əməliyyatı təkrarladı. Lakin o, əməliyyat zamanı sinir uclarını da olduğu kimi köçürməyi bacardı. İlk təcrübədən az sonra meymunlar öldü.Buna baxmayaraq, Kovolero bu təcrübənin çox yaxında insandan insana baş köçürmə əməliyyatı üçün uğurlu addım olduğunu düşünürdü.

MK-ultra

– 1950-1960-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsində casuslara verilən işgəncə metodları qara şöhrət qazandı. Xüsusilə, amerikan və rus casuslarına metofitin tərkibli narkotik maddələr vurulurdu. Onların bu halda necə sirr saxlamasını öyrənmək istəyidilər. Təcrübələr könüllü Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları üzərində aparılırdı.Getdikcə idarə bu təcrüblərə qane olmadı. Hökumətin icazəsi ilə özləri də bilmədən insanlar bu təcrübələrə cəlb olunurdular.

Canavar təcrübəsi

– 1939-cu ildə Rendl Casping kəkələməklə bağlı təcrübələrini bir qrup uşaq üzərində aparırdı. Təbii ki, heç bir ailə uşağının bu təcrübədə iştirakına razı olmazdı. Buna görə də Rendl təcrübə obyekti kimi 22 yetim uşaq seçdi.Uşaqlar iki qrupa ayrıldı. Birinci qrup təriflənib qürur hissi yaşadılacaq terapiya seanslarına cəlb olundu. İkinci qrup isə kəkələdiklərinə görə daim danlandı, onlara alçaldıcı sözlər deyildi. Nəticə Rendlin gözlədiyi kimi oldu. İkinci qrupun üzvləri ömürlərinin sonunadək normal danışa bilmədi və daim özlərini başqalarından fərqli-anormal kimi hiss etdi.

Hoflinq Xəstəxanası təcrübəsi

– 1966-cı ildə tibb bacılarının həkimlərin tapşırığına necə əməl etdiklərini yoxlamaq qərarına gəldilər.Nəticələr heç də xoşagələn deyildi. 22 tibb bacısına həkim tapşırıqları telefonla verildi. Tapşırıqda qeyd olunurdu ki, dərmanlar xəstələrə normal dozadan iki dəfə artıq verilsin.Seçilən dərmanlar əksgöstəriciyə malik deyildi. Amma tibb bacıları bunu bilmirdi. Onların bildiyi adı yazılan dərmanların xəstələrə artıq doza ilə verilməsinin qanunla qadağan olunması idi. 21 tibb bacısı qanuna riayət etmədi, çünki təlimat onların böyüyündən-həkimdən gəlirdi. Bu qorxunc nəticə elm tarixinə qara hərflərlə yazıldı.

Sovet rejiminin “dirilmə” ehtirasi

– Bu gün zombilər haqqında bilməyən yoxdur. Hamımız onları film qəhrəmanı hesab edirik. Lakin, sovet dönəmində belə bir təcrübə aparılıb. Ölülərin canlandırılması həmişə insanların maraq dairəsində olub.Sovet alimləri də bu mövzudan kənarda qalmadı. Tükürpədici təcrübələrlə elm tarixində iz qoydular. Heyvanların fərqli orqanlarını yenidən birləşdirməyə də cəhd göstərdilər.Bir itin başını kəsib, bədənini bir neçə dəqiqə aparat vasitəsi ilə diri saxlamağı bacardılar. 1950-ci ildə Vladimir Denikov bir küçüyün başını yaşlı bir itin bədəninə tikdi. Hər iki baş ayrı-ayrılıqda normal görünürdü; yemək yeyir, hürürdü. Bu hibrid köpəyin ömrü də uzun olmadı. Cəmi bir ay.

Nasist hipotermiya araşdırmaları

-Nasistlərin qorxunc təcrübələrindən danışmaqla bitməz. Hətta onların araşdırmaları dövrümüzdə bir çox elmi nailiyyət üçün stimul da olub. Məsələn, suya düşən bir pilotun orqanizminin soyuq suya necə reaksiya verməsini öyrənmək üçün aparılan araşdırmanın elmi əhəmiyyəti böyükdü. Nasistlər bu təcrübələrində əsir düşərgəsindəki insanlardan istifadə ediblər. Orqanizmin reaksiyasını bilmək üçün əsirləri saatlara soyuq suda saxlayırdılar. Minlərlə insan bu araşdırma zamanı öldu. Lakin insan bədəninin soyuq suya qarşı reaksiyası məhz bu təcrübələrlə öyrənildi… İnsanı soyuqdan qoruyan geyimlərin hazırlanmasının elmi əsasları da bu təcrübələrdən qaynaqlanır.

Sifilis xəstəliyi

– 1932-ci ildən 1972-ci ilə qədər sifilis xəstəliyinin araşdırılması üçün ortaq təcrübələr aparılıb.40 il ərzində təcrübə obyekti kimi 600 könüllü insan seçilib. Onlardan 399-u sifilis xəstəliyinə yoluxanlar olub. Həkimlər afrika mənşəli xəstələrə kömək etmək əvəzinə onları aldadırdılar. Xəstələr inanırdı ki, həkimlər onları pulsuz müalicə edəcək. Həkimlər isə amansız təcrübələr aparırdılar. Onlar sifilisli xəstələri müalicə etmək istəmirdilər. Əsl məqsədləri sifilisə yoluxan bir adamın yaşam tərzini və insan orqanizminin bu xəstəliklə necə mübarizə aparmasını müşahidə etmək idi. Uzunmüddətli müşahidələrdən sonra həkimlər “sevimli” təcrübə obyektini itirmək istəmirdi.Buna görə də müalicəvi dərman hazırlandıqdan sonra da onlar xəstələrə verilmədi.

Kligman araşdırmaları

– Doktor Albert Kligman şokoladın allergiyaya səbəb olmadığını kəşf edən məhşur həkimdir. Lakin, o da elm tarixinə qara səhifələr yazıb. 1950-ci illərdən 1970-ci illərə qədər Pensilvaniya həbsxanalarındakı məhkumlar həkimlər tərəfindən təcrübə obyekti kimi istifadə edilirdi. Kligman da həmin həkimlərdən biri idi.Amerika hökumətinin maliyyələşdirdiyi xeyli sayda təcrübələr zamanı Kligman məhbusları kimyəvi maddələrin təsirinə məruz qoyurdu. O, araşdırmalarının uğuru üçün bir çox məhbusu infeksiyaya yoluxdurmaqdan da çəkinməyib.

Siçan qulağı

– Hazırda süni hormon yaratma, yaxud insan bədəninə hormonla müdaxilə etmə haqqında eşitməyən qalmayıb. Bu araşdırmalar haqqında danışmaq da adi hal alıb. Hormondan sonra elm süni qulaqlar da yaratdı. Bunun üçün bədəndən götürülən bir parça qığırdaq bəs edir. Yapon alimləri insan orqanizmindən alınan kök hüceyrələri siçan bədənində yetişdirdi. Və siçanın kürəyində insan qulağı yarandı. Bu təcrübələr narahatlıq yaratsa da, elm adamları bu üsulla dodaq, burun, hətta, göz yaratmağı da planlaşdırırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here