Home Rəsmi xronika DTX-ya yeni səlahiyyətlər verildi

DTX-ya yeni səlahiyyətlər verildi

203
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar  Fərman imzalanıb. 

Həmin qanunla Cinayət Məcəlləsinə “Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər” (maddə 219-2), “Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələmə” (maddə 226.3), “Radioaktiv materialları talamaqla hədələmə” (maddə 227-1), “Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər”ə (maddə 270-1) görə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələr əlavə edilib.

Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here