Home Maraqlı Bayraq Günü ilə bağlı dənizdə fləşmob keçirilib – VİDEO

Bayraq Günü ilə bağlı dənizdə fləşmob keçirilib – VİDEO

44
0
SHARE

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fləşmobu keçirilib.

 

Fləşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus  qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzərə də özgə bir yaraşıq veriblər.

 

Yelkənçilərin yaratdığı mənzərəni  paytaxt sakinləri böyük maraqla izləyiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Fləşmobun videoçarxını təqdim edirik.

Xatırladaq ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here