Home Cəmiyyət Hava proqnozu

Hava proqnozu

53
0
SHARE

Ölkə ərazisində noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MEDİAKTİV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 14-16° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-8°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-4°, yüksək dağlıq ərazilərdə gecə 5-7° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 7-11°, gündüz 13-16° isti, dağlarda gecə 2-6°, gündüz 8-12° isti olacağı ehtimalı var.

Respublikanın bölgələrində şərq küləyi əsəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here