Home İqtisadiyyat Qonşu qonşu olsa: manata qarşı – BEŞ TƏHLÜKƏ

Qonşu qonşu olsa: manata qarşı – BEŞ TƏHLÜKƏ

40
0
SHARE

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında “Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır”, – deyə açıqlama verib.

Hələ rublun və lirənin kəskin çökməsi zamanı belə təzyiqlərin manatın məzənnəsinə təsir etmədyini nəzərə alsaq, ölkənin maliyyə nazirinin bu xəbərdarlığınını arxasında hansı səbəblər dayanır?

MEDİAKTİV.AZ xəbər verir ki, Oxu.Az bununla bağlı Mərkəzi Bankın son bəyanatı və ekspertlərin rəyini bir araya toplayaraq, manat üçün gözlənilən proqnozu dəyərləndirməyə çalışdı.

Həssas yanaşma lazımdır

Beləliklə, çox uzaq deyil, ötən həftə Mərkəzi Bank sədri Elman Rüstəmov sahibkarların qarşısında çıxışı zamanı manatın məzənnəsinin sabitliyi barədə ciddi mesajlar səsləndirdi. Bu zaman xarici şoklarla bağlı istisna da deməyi unutmadı. Maliyyə naziri Samir Şərifov isə büdcə müzakirəsində bu fikri daha açıq formada səsləndirdi və qonşu ölkələrin milli valyutalarının təsir imkanlarının böyük olduğunu anlamağa əsas yaratdı.

Maliyyə sektorunun tanınmış simalarından biri olan Cəfər İbrahimlinin sözlərinə görə, dünyadakı hazırkı ticarət müharibələri və İrana qarşı iqtisadi sanksiyalar, türk lirəsi, rus rublu ilə bağlı vəziyyət dolayı yolla olsa da, manata təsir edir.

Düzdür, həmin valyutaların dollarla çarpaz münasibəti nəticəsində Azərbaycan manatına olan məzənnəsi təyin edilir və manat qonşu ölkələrin valyutalarına nisbətdə dalğalanır. Hazırkl vəziyyət hələlik manat üçün təhlükə yaratmasa da, dünyada gedən tendensiya hadisələrə həssas yanaşmanı tələb edir. Çünki mərkəzi bankların uçot dərəcəsini artırmağa meyilli siyasət yürütmələri iqtisadi aktivliyi zəiflətməyə yönəlib və bu. həm ixrac bazarı, həm də idxal məhsulları vasitəsilə yerli istehsala mənfi təsir edəcək. Yerli istehsalın zəifləməsi ixrac imkanlarını zəiflədəcək, bu isə ölkəyə valyuta gəlməsində problemlər yarada bilər.

Beş təhlükə 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı manatın real effektiv məzənnəsi indiki vəziyyəti əks etdirir. Lakin orta dövrdə rublun, tümənin və lirənin vəziyyətinin necə olacağına dair gözləntilər fərqlidir. Qeyri-sabitlik avtomatik olaraq manata təzyiqləri formalaşdırır və bu, həddən artıq çoxdur.

R.Həsənov bu təhlükələri beş qrupa bölür:

Təzyiqlərdən birincisi odur ki, həmin ölkələrin məhsulları ucuzlaşır və Azərbaycana idxal bumu yaranır. Artan idxal, təbii ki, qarşılığında ödəniş vasitəsi olaraq dollar tələb edir.

İkinci təzyiq ondan ibarətdir ki, qonşuların məhsullarının ucuzlaşması daxili bazarda yerli məhsulları sıxışdırır.

Üçüncü təzyiq onların hər birində qara valyuta bazarının formalaşmasıdır. Xüsusilə də İranda hazırda qara bazar çox məşhurdur və rəsmi məzənnə ilə qara valyuta bazarı arasında qiymətlərdə dörd dəfəlik bir fərq var.

“Təsəvvür edin, siz buradan dollar alıb aparın İrana və gətirdiyiniz tüməni banklar rəsmi məzənnə ilə götürür. Bir dolların rəsmi məzənnəsi 44 min tüməndir, amma İranda qara bazarda 160 min tüməndir. Yəni, dörd dəfə bahasına bizim banklarda onu reallaşdıra bilərsiniz. Düzdür, banklar qeyri-rəsmi formada onu qəbul etmirlər, bu, başqa məsələdir”.

Dördüncüsü, həmin ölkələrin məhsullarının ucuzlaşması bizim bazarlarımıza pis təsir edir. Çünki onların da məhsulları Azərbaycan məhsullarının olduğu eyni bazarda satılır.

“Bizim ixrac etdiyimiz məhsullar satdığımız ölkənin bazarında qiymət baxımından qonşularımıza uduza bilər. Bizdə beş manata başa gələn məhsul əvvəllər Rusiya bazarında 300 rubl edirdisə, indi 370 rubl edir. Nəticədə, məhsul bahalaşır, bu isə alıcını başqa məhsula istiqamətləndirir. Beləliklə, ixrac azalır.

Beşincisi, qonşularımız İran, Rusiya, Türkiyənin hər birinin Azərbaycanda bankı var və rəsmi yollarla belə Azərbaycanın bank sistemi vasitəsilə valyuta axını baş verə bilər.

İnzibati yollarla…

Ekspert Vüqar Bayramov hesab edir ki, neft manatın məzənnəsinə təsir edən ən başlıca amil olsa da, ticarət tərəfdaşlarımız və qonşularımızın valyutalarının məzənnəsi manata birbaşa təsir edir. Qonşularımızdan Rusiyanın ölkəmizə iqtisadi təsirləri daha güclüdür.

“1,5 milyard dollardan artıq qeyri-neft ixracımızın yarım milyard dollardan çoxu Rusiyanın payına düşür. Ona görə də rublun ucuzlaşması Azərbaycan məhsullarının ixrac imkanlarına mənfi təsir edir. Psixoloji təsirləri də unutmayaq, çünki bu ilin aprel-avqust aylarında Azərbaycanda valyutaya tələbin necə artdığını gördük”.

İl ərzində Rusiyadan Azərbaycana bir milyard dollardan artıq pul köçür və valyutaya təsir edən faktorlardan biridir. Manatın məzənnəsinə gəldikdə, V.Bayramov hesab edir ki, bu ilin dekabrında yenə də dollara tələb artacaq.

“Məzənnə dəyişikliyini isə gözləmirəm, çünki M

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here