Avropa Liqasının final matçı Bakıda keçiriləcək – YENİLƏNİB

0
108

UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb.

Mediaktiv.az Oxu.az-a istinadən xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez – mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki “Wodafone Arena”da keçiriləcək.

19:30

2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Müvafiq qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının finalı isə Madridin “Vanda Metropolitano” stadionunda baş tutacaq.

www.oxu.az

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin