Baş redaktordan müraciət

Mediaktiv.az saytının dəyərli oxucuları:

  Dəyərli dəqiqələrinizi bizimlə bölüşdüyünüz bu anlar bizim üçün qürur mənbəyidir. Fəaliyyətə başlamağımız üçün kifayət qədər səbəbimiz var idi. Medyanın hər bir sahəsinin sürətlə inkişaf etdiyi bir dövrdə, yayılma sürəti digərləri ilə müqayisə olunmayacaq qədər güclü olan internet resurslardan istifadə etmək lazım gəlirdi. Təbii ki, internet saytlar bu işin ayrılmaz hissələridir. Xəbər platformaları, informasiya portalları, forumlar, anket-sorğu saytları insanları qloballaşan dünyanın mərkəzində informasiya aclığından xilas edir. Günümüzdə informasiyanın emalı müəyyən metodlarla bir – birindən fərqlənsədə, informasiyanın mənimsənilməsi zəruri bilgi təlabatını ödəməklə izah olunur. Bugün insanların ehtiyaclarını sadalasaq, informasiya axtarışını, informasiya qəbulunu ön cərgələrdə göstərməliyik. Belə ki, yaşamaq üçün artıq informasiya qəbulu qida, geyim və digər təməl ehtiyaclarımız qədər lazımlıdır.

   Azərbaycan Respublikasının prioritet istiqaməti Gənclər siyasətinin formalaşmasında fəal gənclərin rolunun danılmazlığı da mediaktiv.az saytının fəaliyyətə başlamasına təkan verən ən başlıca amildir. Ulu öndər Heydər Əliyevin işıqlandırdığı yolda, onun layiqli davamçılarının rəhbərliyi ilə inkişaf yoluna üz tutan ölkəmizi, məhz bu gənclər daha da çiçəkləndirəcək layihələrə imza atacaqdır.

   Ölkəmiz günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. Mediaktiv.az saytı, fəaliyyəti ilə Azərbaycanı dünyaya tanıdacaq potensiala malik Azərbaycan gəncliyini əməkdaşlığa səsləyir. Yalnız sizlərlə güclüyük. Yalnız sizlərlə üçrəngli bayrağımızı bütün dünya ölkələrinin görəcəyi zirvəyə qaldıra bilərik.

Elvin BUDAQOV

Baş redaktor