Bel ağrıları və disk yırtıqları 25 dəqiqədə müalicə olunur

0
464

Bakıda möcüzəyə bərabər terapiya

Azərbaycanda onurğa, oynaq və diz ağrıları, fəqərələrarası yırtıq xəstəlikləri getdikcə çox yayılan və cavanlaşan xəstəliklərə çevrilməkdədir. Hazırda nəinki yaşlı, gənc nəsil də müxtəlif bel, oynaq, diz, ayaq ağrılarından bu və ya digər şəkildə şikayətçidir. Pasiyentlər isə ağrılarla mübarizədə bir neçə yol arasında seçim etmək məcburiyyətindədir: ya həddən çox ağrıkəsicidən istifadə edib, daxili orqanları sıradan çıxarmaq, ya xalq təbabətinə üz tutmaq, ya da fizioterapiya ilə əməliyyatdan birini seçmək.
Lakin başqa bir üsul da var ki, bundan çox az adam xəbərdardır. Bu da əzələ, oynaq və onurğa ağrılarının inyeksiya ilə müalicəsidir.
“Grand Hospital”ın nevroloqu Sevinc Həmidova Medicina.az-a müsahibəsində 2015-ci ildən Bakıda tətbiq etdiyi unikal Proloterapiyanın barədə maraqlı məlumatlar verib və bu müalicə üsulunun faydalarından danışıb:
 
– Sevinc xanım, əvvəlcə bu terapiya ilə bağlı ümumi məlumat verərdiniz.
– Əslində, bu terapiya ABŞ və Avropada 50 ildən artıqdır ki, uğurla tətbiq olunur. Türkiyədə isə uzman İlker Solmaz tərəfindən başlanılıb. Mənim də proloterapiya ilə tanışlığım doktor İlker Solmazla bağlıdır. Onun işinə olan sevgisi, bu metodla xəstələri sağaltması məndə də maraq və inam yaratdı. Bu metodu Türkiyədə daha dərindən öyrənərək Bakıya gətirdim. Xəstələrim üzərində tətbiq etdikdən sonra uğurlu müalicəyə nail olduğumu görüb, proloterapiyanı daha geniş sahələrdə müalicədə istifadə etməyə başladım.
– Protoloterapiya çətin metoddurmu?
-Xeyr, cəmi 25 dəqiqə vaxt alır. Hüceyrə və toxuma bərpaedici hipertonik məhlulun zədəli nahiyəyə inyeksiyası şəklində yeridilməsindən ibarətdir. Bu hipertonik məhlul oynaqlarda, vətərlərin əzələlərə birləşən yerlərində və oynağa yapışma yerlərində keçici mikrobsuz iltihab yaradaraq, orqanizmə siqnal göndərib, həmin nahiyədə zədələnmiş toxumanı bərpa etməyə səfərbər edir. Yəni orqanizm öz-özünü sağaltma mexanizmini işə salaraq müalicəyə başlayır. Bağlarda və qığırdaqlarda yenilənmə yaranır. Bununla da oynaq, vətər, əzələ ağrıları aradan götürülür.
 
– Kimlər hansı problemlər zamanı sizə proloterapiya üçün üz tuta bilər?
– Bel ağrıları – bel fəqərələrarası yırtıq, ostexondroz, boyun ağrıları, kürək ağrıları, onurğa, döş qəfəsi və qabırğalarda əzələ və bağ ağrıları, vətər və bağlarda sağalmayan xroniki ağrılar, artozlar, diz qapaqlarında ağrılar, ayaq və əl burxulması, büzdüm ağrısı, skalioz, tennisçi dirsəyi, donmuş çiyin, Morton nevrinoması, bel sürüşməsi, karpal tunel sindromu, bel, oynaq, diz, onurğa, yırtıq əməliyyatlarından sonrakı ağrılar və s. simptomları olan istənilən şəxs bu metodla müalicə oluna bilər. Uşaqlarda isə bu üsulu 14-15 yaşından sonra tətbiq edirəm.
– Belə çıxır ki, onurğasında böyük ölçüdə disk yırtığı olan şəxs əməliyyata yox, proloterapiyaya gəlməlidir?
– Ümumiyyətlə, onurğa ilə bağlı istənilən problemdə ilk olaraq nevroloqa müraciət olunmalıdır. Konservativ müalicə, fizioterapiya və proloterapiyaya göstəriş olarsa bu yolla müalicə olunur. Yox əgər pasiyentin bunlardan effekt görməyəcəyi qənaətinə gəliriksə və xəstəlik həddən artıq irəliləyibsə, biz onu neyrocərraha yönləndirik.
Biz doğru xəstələrdə 80-90% effektivlilik almışıq. Əməliyyatlıq çox az xəstə olub.
Proloterapiya üçün xəstənin əllə yoxlanması mütləqdir. Müəyyən analizlər də aparıla bilər. Çox yüksək revmatizması, Osteoporoz – sümük əriməsi olan, yüksək dərəcəli şəkər və onkoloji xəstələrdə əks-göstərişdir. Orqanizmdə kalsium çatmırsa, bu inyeksiyanın təsiri olmayacaq.
 
– Sevinc xanım, əməliyyat ucuz başa gəlir, yoxsa bu üsulla müalicə?
– Əlbəttə ki, proloterapiya. Nəzərə alsaq ki, endirimli kampaniyalarımız da olur, bu üsulla müalicə almaq çox münasibdir. 3-6 proloterapiya seansı effekt üçün kifayət edir. Sonradan təyin etdiyim məsləhətlərə, qida, iş və həyat tərzi qaydalarına əməl etdikdə, uzun müddət sağlam və ağrısız həyat sürmək olur.

Aygün Musayeva
medicina.az

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin