Bu çay sizə çox şey verəcək.

0
193

     İmmunitetin zəifdir? Dayanma bu çaydan birini iç. İlk dəfə qədim Çində kəşf olunan və dərman vasitəsi kimi istifadə olunan bu çay, bizim də demək olar ki, hər gün istifadə etdiyimiz və ayrıla bilmədiyimiz bir içkiyə çevrilib. Çayın müxtəlif növləri var. Sizə təqdim etdiyim qədim çay resepti sizə bu işdə kömək edəcək. Belə hesab olunur ki, bu reseptdən qədim Tibet təbibləri istifadə edirdilər. Bu çay zəif, xəstəlik keçirmiş insanları ayağa qaldırıdı.

       Lazım olan məhsullar:  Yaşıl çay – 2 çay qaşığı, Nanə – 10 yarpaq, Sürtgəcdən keçirilmiş zəncəfil kökü – 1 çay qaşığı, Bal – 1 xörək qaşığı, Mixək – 2 dənə, Su – 1/2 l, 1/2 limonun şirəsi,

       Hazırlanması: Yaşıl çay, zəncəfil, mixək və nanə çaydanda çay kimi dəmlənir. 30 dəqiqədən sonra (çay ilıq olmalıdır) çayı süzün, bal və limon əlavə edin. Çayı termosa tökün və gün ərzində ilıq halda için. Bunu hər gün etmək lazımdır. Belə çay həm xəstəliklərin profilaktikası məqsədi ilə, həm də soyuqdəymə xəstəlikləri zamanı içmək olar. Çay sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Sağlam olun…

 

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin