Düşüncələriniz düşündüyünüzdən də önəmlidir

0
203

   Həyatınızı istəmədiyiniz şeylərdən qaçaraq  keçirməyi də seçə bilərsiniz, istədiyiniz şeylərin ardından gedərək də. Seçim sizindir. Hər kəsin həyatında zaman-zaman xəyalını qurub əldə etməyə çalışdığı şeylər olur. Lakin elə olur ki hərdən istədiyimizi yox onun tamamən əksini əldə edirik. Əslində isə  bunun çox vaxt səbəbi düşüncələrimizdəki və səsləndirdiyimiz fikirlərdəki səhvlərdir. Yəni məsələn, yaxınlarınızla və ya dostlarınızla etdiyiniz söhbət əsnasında; mən həyatımda heç vaxt xəyanətlə qarşılaşmaq istəmərəm, heç vaxt bunu etmərəm, flankəs kimi bir insanla həyat qurmağı istəmərəm, yalançı və ya ikiüzlü insanları yaxınıma buraxmaram, mən övladımı bu cür şıltaq böyütmərəm kimi fikirlər səsləndirməklə siz sadəcə bəlkədə heç zaman həyatınızda yaşamayacağınız şeyləri öz beyin gücünüzlə, daxili enerjiniz ve işlətdiyiniz sözlərlə həyatınıza dəvət edirsiniz. Bir sözlə özünüz özünüzə “quyu qazırsınız“. Albert Eynşteynin məşhur bir deyimi var; “insanlar ağızlarından çıxan sözlərin, beyinlərində yaranan düşüncələrin bütün kainatı dolaşıb onlara təkrar qayıdacağını bilsəydilər, əminəm ki daha diqqətli olardılar.” Daha öncə deyilənlərin əksinə olaraq isə istəklərimizi ifadə edərkən daha pozitif yöndən istifadə etsək, məsələn, dostlarım, həyat yoldaşım və ya həyatımda olan insanların hər zaman tam anlamda güvənə biləcəyim insanlar olmasını istərdim, yaşadığım müddətcə həyatımda dürüst və saf niyyətli insanlarla qarşılaşmaq istəyirəm, gələcəkdə ailə həyatı quracağım insanın mərhəmətli, vicdanlı olmasını istərdim, övladımın tərbiyyəsiylə əlimdən gəldiyi qədər yaxşı məşğul olmaqla, onun davranışlarının ən yaxşı səviyyədə olması üçün çalışaram və s. buna bənzər və bundan daha sadə şəkildə ifadələr işlətməyiniz sizi addım addım daha xeyirli bir gələcəyə doğru apara bilər. İnsanın düşüncələrinin həm də bir baxımdan onun niyyəti olduğunu nəzərə alsaq, niyyətin hara mənzilin də hər zaman ora deyiblər.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin