Fərqli bucaqlardan baxmaq

0
333

      İnsan beyni çox böyük bir quruluşa sahibdir, xüsusilə kiçik yaşlarda… Kiçik uşaq 12 yaşına gələnə qədər beyinlərinin hər iki tərəfini birlikdə istifadə bacarığına malikdir. Bu yaşdan sonra insanlar beyinlərinin bir tərəfini daha çox istifadəyə yönəldirlər. Bu vəziyyət insanların düşüncələrində bəzi qəliblər meydana gəlməsinə və dünyagörüşlərinin daralmasına səbəb olur. Bir problemin həlli üçün fikirlər çıxararkən çox dəyişik bucaqlardan yanaşmaq üstün bir bacarıq halına çevrilir. Bunu bacara bilənlər yüksək zəkalı və ya dahi olaraq adlandırılırlar. Digər bütün insanlar Sıravi insanlar olaraq göstərilir. Əslində bütün insanların beyinləri eyni tutuma malikdir. Yəni heç bir təhsil almamış bir çoban ilə bütün həyatını oxumaqla keçirmiş tibb professoru eyni beyin tutumuna sahib olmalarına baxmayaraq, biri beynini daha məhsuldar istifadə texnikalarını və təhsilini alaraq davamlı beynini inkişaf etdirmişdir, digəri isə bütün həyatı boyunca belə bir səy içində olmamağı seçmişdir. Bu səbəbdən bu iki insan profilinə baxdığımızda, bir problemin həllinə yanaşmaları çox fərqli olmaqdadır. Ortaya çıxardıqları həllər də çox fərqlidir. Beyni inkişaf etdirmək insanın əlindədir. Bunun üçün müxtəlif təhsillər almağı, az qala qeyri-məhdud tutuma sahib olan beynin həcminin artırılması mümkün ikən, insanlar bunu necə bacaracağını bilmirlər. Hər hansı bir problemin həllinə yanaşma fərqli bucaqlardan baxmağı tələb edir. Bəzən həll gözümüzün qarşısında ikən belə həll tapa bilmədiyimiz anlar da olmuşdur. Bunun səbəbi məhsuldar düşünməyi bilməməkdir.

Beynin öyrədilməsi

     Kiçik yaşlardan etibarən xüsusi təhsillər alaraq beyin tutumu inkişaf etdirilə bilir. Təhsili çox yaxşı olan məktəblərdə təhsil alan tələbələrin həyatlarının sonrakı mərhələlərində yüksək mövqelərə gəlmələri təsadüfi deyil. Bu keyfiyyətli təhsilləri almaq əlbəttə insanın iqtisadi vəziyyəti ilə yaxından əlaqədardır. Çox keyfiyyətli təhsil verən təşkilatlar bu təhsillərini müəyyən ödəniş qarşılığında verirlər. Amma bəzən bu təhsillərdən faydalana bilməyən və ya maddi imkanları buna çatmayan lakin təsadüfən kiçik yaşlardan etibarən beynin hər iki tərəfini birlikdə istifadə etməyi bacaran insanlar vardır. Eynşteyn bu insanlardan biridir. Təhsil almamış olmasına baxmayaraq beynin hər iki lobunu birlikdə və məhsuldar bir şəkildə istifadə edən, hiss və xəyal gücü çox yüksək olan bu insan təhsilin ən üst mərtəbələrinə çatmağı öz səyləri ilə bacarmış və Fizika sahəsində ardıcıl nəzəriyyələr ortaya atmış bir insandır. Bu insanın beyni araşdırıldığında, özüylə eyni yaşda olan başqa bir insanın beyni ilə müqayisə edildiyində Eynşteynin beyin kütləsinin çox daha ağır və ya beyin həcminin çox daha böyük olmadığı görülməkdədir. Yalnız sinirlər arasında əlaqələr və hərəkətlilik məlumat mübadiləsinin çox daha sıx olduğu asanlıqla görülə bilməkdədir. Yəni beynimizdəki hər bir neyronu bir lampa olaraq xəyal etsək, sıravi insanlarda milyonlarla lampa sönülü olduğu halda, belə dahi  insanlarda isə bu lampların böyük bir qismi açıq olaraq fəaliyyətdədir. İş bu lampaları yandırmağı və beyni qaranlıqdan aydınlığa daşımanın texnikalarını öyrənməkdən keçir. Beləcə hər cür problemə fərqli dünyagörüşləri inkişaf etdirilə və asan həllər edilə bilər. Çətin və aşılmaz yollarda tıxanıb qalmaq, imtina etmək yerinə problemin həllinə fərqli yollardan həllər gətirilə bilər.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin