Gürcüstanın ən yaşlı sakini olan azərbaycanlı qadın dünyasını dəyişib

0
132

Gürcüstanın ən yaşlı sakini, azərbaycanlı, 110 yaşlı Əminə (Eminə) İsa qızı Hüseynova dünyasının dəyişib.

Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, Əminə Hüseynova 1907-ci il may ayının 5-də Marneuli rayonunda dünyaya gəlib.

Marneulidə ailə qurub və ömrünün sonuna qədər də bu şəhərdə yaşayıb. Əminə Hüseynovanın 119 nəvə, nəticə və kötükcəsi var.

Marneuli rayon İcra Hakimiyyəti və Bələdiyyəsi hər il martın 3-də Gürcüstanda qeyd olunan “Analar günü”ndə və may ayının 5-də Əminə nənəni “Ən yaşlı sakin” kimi təbrik edirdi.

Marneuli bələdiyyəsindən bildiriblər ki, Əminə Hüseynova Gürcüstanın ən yaşlı vətəndaşı idi.

Mərhumənin yaxınları bildiriblər ki, Əminə nənə bir neçə ay bundan əvvəl yıxılaraq ayağını sındırmışdı. Bu səbəbdən də o, bir müddət xəstə olub.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin