Lenin basdırılır?

0
245

  Rusiya inqilabçısı, SSRİ-nin qurucusu Vladimir Lenin ölümündən illər sonra torpağa tapşırıla bilər.

   Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, rusiyalı deputatlar belə bir təklifklə çıxış ediblər.

   Liberal Demokratlar və “Vahid Rusiya” partiyasından olan deputatlar Dövlət Dumasının gündəliyinə bu məsələ ilə bağlı təklif salıblar. Onlar Leninin qalıqlarının mavzoleydən çıxarılaraq Qızıl meydanda dəfn edilməsini istəyirlər.

  Qanun layihəsinə düzəlişlərdən birinin müəllifi İvan Suxarev deyib ki, mavzoleyi köçürmək və onu Lenin muzeyi etmək olar. Amma Rusiyanın “ürəyində” yox.

  Qeyd edək ki, rusların da böyük əksəriyyəti Leninin nəşinin dəfn edilməsinin tərəfdarıdır. Belə ki, aparılan sorğuda iştirak edən Rusiya vətəndaşlarının 58 faizi onun torpağa tapşırılmalı olduğunu düşünür. Onların 32 faizi qalıqların Kreml divarları altında, yerdə qalanlar isə Sankt Peterburqda basdırılmasını istəyir.

  31%  isə Leninin mavzoleydə saxlanmasının tərəfdarıdır.

  Qeyd edək ki, Lenin 22 aprel 1870-ci ildə anadan olub. 21 yanvar 1924-cü ildə isə vəfat edib.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin