Meyvələr və Orqanlar

0
665

    Hindistanın SİMS Universitetində aparılan araşdırmada, forma olaraq müvafiq orqanlara bənzəyən meyvələrin həmin orqanlara faydası aşkarlanıb.     Belə ki, qidalarla orqanlar arasında sıx əlaqələr var. Bəlkə də hamımız nənə-babamızdan qoz meyvəsinin beyinə nə qədər yararlı olduğunu eşitmişik. Belə ki, qoz ləpəsinə baxdıqda asanlıqla beyin yarımkürələrinə bənzədiyini görmək mümkündür;

Eynilə digər meyvələr;

Yerkökü – Göz
Yerkökü antioksidant maddələrlə və beta-karotinlə zəngindir. Bu maddələr yaşlı insanlarda makula degenerasiyasının və görmənin zəifləməsininin qarşısını alır.

Kərəviz – Sümük
Kərəviz sümüklərə faydalı silisium maddəsi ilə zəngindir. Bu maddə sümüyə davamlılıq verir. Eyni zamanda sümükdəki və kərəvizdəki Natrium faizi(23%) bərabərdir.

Lobya – Böyrək
Lobya, böyrəyin sağalmasına və işinə yardım edən paxla meyvələrdəndir.


Şirin kartof – Mədəaltı vəzi
Tərkibindəki antioksidantlar və beta-karotin vasitəsi ilə mədəaltı vəzi xəstəliklərdən, xüsusilə xərçəngdən qoruyur.

Pomidor – Ürək
Pomidorun tərkibindəki likopen ürək damarlarında yaranan  xolesterola qarşı həlldir. Eyni zamanda pomidorun tərkibindəki C vitamini ürəyə faydalıdır.

Zəncəfil – Mədə
Mədənin ən yaxın dostlarından biri olan zəncəfil, əsrlər əvvəl belə qusma və dəniz tutması kimi hallarda istifadə olunurdu.

Portağal – Sinə
Portağalda olan limonoid adlı fitokimyəvi maddə döş xərçənginin qarşısını alır.

Üzüm – Ağciyər alveolları
Ağciyər xərçəngi riskini azaldan üzüm bundan başqa, proantosiyanidin adı verilən bir antioksidanta sahibdir. Allergik astmaya da yaxşı təsiri məlumdur.

Göbələk – Qulaq
Göbələk tərkibində D vitamini olan bir qidadır. Bu vitamin qulaq üçün vacib maddələrdən sayılır.

Avokado – Uşaqlıq
Yeni araşdırmaları göstərir ki, qadınlarda həftədə yeyilən 1 ədəd avokado hormonların normal səviyyəsini təmin edir.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin