Moda tarixində iz qoyan qadının izi ilə

0
354

    “Moda keçər amma stil davam edər” deyən, sıfırdan bir marka yaradaraq, dünyaya səs salan qadın. Fransız modelyeri Coco Chanel, qadınlara şalvar geyinmə cəsarətini, şapkaların bər-bəzəkli halından daha maskülen stilə dönüşünü, pulla deyil davranış və baxışlarla oluna biləcəyini öyrədən qadın.

Kimdir Coco? (Fransız modelyeri, Chanel markasının yaradıcısı)

Əsl adı: Gabrielle Bonheur Chanel

Doğulduğu yer: Fransanın Saumur şəhəri

Doğum tarixi: 19 avqust, 1883

Vəfat tarixi: 10 yanvar, 1971

     Həmin dövrlərdə Fransada qadınlar ən çox korsetlərdən istifadə edirdilər. Coco isə qadınlar üçün rahat olan paltarlar dizayn etdi. Moda rəngi olaraq qara rəngi seçdi. “Coco” ləqəbi ona “Qui qu’a vu Coco dans I’Trocadero?” mahnısını ifa etdikdən sonra verilmişdir.

     II Dünya müharibəsi ərəfəsində belə işlərini davam etdirir, qadınlar üçün onları isti saxlayacaq paltarlar dizayn edirdi. Məsələn: “Dar, düz kətan yubkalar, sviterlər, yubka və kostyumlar” və.s. Coco sadəcə dünya qadınlarını deyil, “Türk əsgərlər” ini də geyindirirdi. 30-cu illərdə Atatürk, Türk Silahlı Qüvvələrinin formalarını – Cocoya dizayn etdirirdi. Türk ordusu 1980-ci illərə kimi Coconun imzasını daşıyan formaları geyindilər.

Markaya çevrilən “Şanel”parfümü.

     1921-ci ildə Ernest Beaux Cocoya 1-5 və 20-24 arası iki kataloq təqdim etdi. Coco isə 5-i seçdi. Beauxun “niyə parfümün adı Chanel No.5?” sualına cavab olaraq “Mən hər ilin beşinci ayı olan mayın 5-ində dəfilə keçirirəm və bu 5 rəqəminin mənə şans gətirəcəyinə inanıram” deyib, markasının adını ‘Chanel No.5’ qoydu. Coco parfüm üçün çox asan bir şüşə çəkdi. “Şüşənin içindəkinin şüşədən daha önəmli olduğunu da həmişə deyirdi”.

        1920 və 1930-cu illər arasında Coco Chanel 1922-ci ildə Chanel No.22, 1924-də CUIR DE RUSSIE, 1925-də GARDENIA və 1926-da BOIS DES ILES kimi bir çox yeni parfüm çıxardı. Amma heçbiri Chanel No.5 qədər səs gətirmədi.

       1954-də Amerikalı aktrisa Marilyn Monroe, Chanel No. 5 parfümünü tanıtdı. Müsahibə verərkən bir jurnalist Marilyn Monroya yuxunuzun gəlməsi üçün nə edirsiniz sualını yönəltdi. Monronun cavabı heyrətamiz idi: “No. 5-in bir damlasını iyləmək kifayətdir” Başqa bir əhvalata görə isə jurnalistin verdiyi sual bu idi: “Gecə yatanda nə geyinirsiniz?” Monronun cavabı: “No.5 “olmuşdu. İstəmədən də olsa Monronun bu sözləri, mükəmməl bir reklam şüarı olmuşdu. Bu, Coco üçün böyük bir şansdı çünki, o zamana qədər No.5’in satışları çox da yaxşı getmirdi.

       Chanel reklam kampaniyalarında həmişə tanınmış simalardan istifadə edirdi. No.5’in reklamlarında rol alan Catherine Deneuve və Carole Bouquet No.5 üçün ideal Fransız qadınları olaraq göstərildilər. İndiyə qədər No.5’i tanıdan simalar arasında Nicole Kidman, Natalie Portman, Jennifer Aniston və Scarlett Johansson da yer alır.

         Chanel və onun yaz kolleksiyonu 1957-də Moda Oskarı’nın sahibi oldu.

     Chanel qadınlara bir-birindən ayrı iki dövr göstərdi: 1920’lər və 1950’lər. Chanel’in yaratdığı stilin məcburiyətdən deyil, meydan oxumadan qaynaqlandığını görmək mümkündür. Dövrün modasını pulu olmadığı üçün izləyə bilmədi və bu səbəbdən də o modayı rədd etdi. Sport kostyumu və qalstuku ilə öz modasını yaratdı. 1950-1970-ci illərdə Ernest Beaux və Henri Robert’in yaratdığı Chanel No. 19 parfüm adını Coco Chanel’in ad günündən alırdı. Bu parfüm Chanel’in 87 yaşının qeyd olunduğu 19 avqust, 1970’də satışa çıxarıldı. Lakin qısa bir zaman sonra 10 yanvar, 1971’də Chanel əbədi olaraq həyata gözlərini yumdu. Ölümünün son günlərinə qədər həmişə işlədi, yaratdı.

Coconun ən məşhur sözləri:

Əvəzedilməz olmaq üçün həmişə fərqli olmaq lazımdır.

Moda sadəcə paltarlardan ibarət deyil. Moda göy üzündə, moda küçədə, moda düşündüklərimiz və yaşadığımızdır.

Ətir istifadə etməyən qadının gələcəyi yoxdur.

Gözəl ayaqqabı geyinən bir qadın heç vaxt çirkin ola bilməz.

Moda dəyişər amma stil davam edər.

Ən pis düşməninlə tanış olacaqmışsan kimi geyin.

Mənim haqqımda nə düşündüyünü önəmsəmirəm, əslində sən ağlıma belə gəlmirsən.

30’unuzda şəhanə, 40’ınızda sehirləyici və həyatınızın geri qalanında qarşı durulmaz ola bilərsiniz.

Özünüz olmaya qərar verdiyiniz an gözəlləşirsiniz.

Dünyadakı ən yaxşı rəng sizə yaraşan rəngdir.

Həyat özünü tapmaq yox, özünü yaratmaqdır.

    “Coco Chanel & Igor Stravinsky” və “Coco Before Chanel” filmlərini izləyərək Chanel’in həyat hekayəsi ilə daha dərindən tanış ola bilərsiniz.

 

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin