Naxçıvanda qəribə ağac

0
347

    Bu gün yol ilə gedirdim və qarşıma təsadüfən bir ağac çıxdı. Bu ağac digərlərinə heç bənzəmirdi. Sanki illərin yorğunluğunu öz çiyinlərində daşıyırdı. Belə ki, bu ağacı digərlərindən fərqləndirən səbəb isə bir gövdəli olmasına baxmayaraq, ağacın yarı hissəsinin tamamilə quruması, digər tərəfinin isə yaşıl yarpaqlardan ibarət olması idi. Sanki rəssamın dərin mənalı rəsm əsərini xatırladırdı. Ağacı görüb fikirlərə daldım… Necə də həyata, dünyaya bənzəyir… Hamı eyni dünyada yaşayır. Eyni ağacın gövdəsi kimi… Lakin insanlar bu ağacın qurumuş və yaşıl hissəsi kimi ikiyə ayrılır. Bəziləri qurumuş yarpaqlar kimi küsgün, bezmiş, yaşamağın mənasız olduğunu düşünür. Digərləri isə daha pozitiv olaraq gününə, yaşayışına, həyatda olmağına şükür edir və nələrisə əldə etməyə, həyatda özünə yer tutmağa çalışır. Ağac yaşam və ölümə canlı nişanə idi. Elə bil kimsə bizə bu iki anlayışın fərqini başa salırmış kimi əyani sübut olaraq istifadə edilmişdir. Çox təsirləndim və bunu sizlərlə paylaşmaq istədim…

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin