O heç bu qədər yaxın olmamışdı “Xənnas”!

0
231

    Azərbaycanda ilk dəfə qorxu janrında çəkilən “Xənnas” filminin treyleri yayımlanıb. Mediaktiv.az PrimeTime.Az-a istinadən xəbər verir ki, filmi gənc və istedadlı rejissor Elvin Abdullayev ekranlaşdırıb. “Xənnas”da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıb. Qeyd edək ki, filmin adı “Qurani-Kərim”də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, “sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən”. Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film “Xənnas”adlanır.” Qeyd edək ki, filmin qala gecəsi 4 may tarixində keçiriləcək.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin