“Qırmızı alma” bir dəfə olur, Barça!

0
142

  Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Əsas diqqətlər “Nou Kamp”a yönəlib. “Barselona” öz meydanında “Yuventus”dan ilk görüşdə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin Kataloniya klubunun PSJ ilə matçda olduğu kimi sensasiyaya gücü çatmayıb. Qolsuz başa çatan oyun “Yuventus”un yarımfinala çıxmasını təmin edib.

“Monako” isə “Borussiya” ilə matçda sərfəli nəticəni qoruyub. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Knyazlıq klubu” bu dəfə 3:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Beləliklə, yarımfinalda “Real”, “Atletiko”, “Yuventus” və “Monako” mübarizə aparacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) – 0:0
İlk oyun
– 0:3

22:45. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 3:1
Qollar:
Mbappe, 4 (1:0), Falkao, 17 (2:0), Roys, 48 (2:1), Jermen, 81 (3:1)
İlk oyun – 3:2

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin