QORXUNC İDDİA: Qiyamət artıq olub, növbəti dəfə üçün tarix verildi

0
187

Araşdırmaları və 20 illik elmi fəaliyyəti ilə tanınan şotlandiyalı arxeoloq Qraham Hankokun son iddiası dünya mətbuatına əsas müzakirə mövzularından biri olub.

Mediaktiv.az Cebhe.info-ya istinadən bildirir ki, arxeoloq insanlığın yox olduğunu və təkrar dünyaya gəldiyini iddia edir. Onun fikrincə, daha əvvəllər insanlıq indiki kimi inkişaf etmiş vəziyyətdə olub. “İncil” və digər dini kitablarda da bu barədə yazıldığını deyən arxeoloq böyük fəlakət və bu fəlakətdən sonra inkişaf edən mədəniyyətdən bəhs edir.

Yeni kitabı olan “Tanrıların cadugarları” kitabında bu iddianı əks etdirən arxoloq belə hesab edir ki, dünyamız 13 min il öncə buz dövrü nəticəsində populyasiyanın böyük hissəsini itirib. Ardınca isə planetimizə çırpılan böyük bir quyruqlu ulduz zəlzələ və sunami yaradıb.

Türkiyənin Urfa vilayətində qədim arxeoloji tapıntıların olduğu Göbəklitəpəni misal göstərən alim həmin dövrdə də mühəndislik və memarığın olduğunu yazıb.

Burdakı daşların üstündə astronomiyaya dair oymalara diqqət çəkib.

Bu iddialarına görə bir çox elm xadimləri arxeoloqu hallüsinasiya görməkdə ittiham edib. Ancaq ötən həftə Edinburq Universitetinin arxeolqoları tərəfindən yayımlanan bir məqalədə arxeoloqun bəzi məsələlərdə haqlı olduğu yer alıb. Məqalədə göstərilir ki, arxeoloq 20 ildir boş bir məsələnin arxasınca getmir. Üstəlik Göbəklitəpədəki daşların üstündə çəkilən fotolardan biri b.e.ə 10950-ci ildə dünya ilə toqquşan quyruqlu ulduz ola bilər.

Beləliklə, arxeloq dünyanın gözlədiyi qiyamətin əslində bir dəfə baş verdiyini, növbəti dəfə isə 2030-cu ildə gözlənildiyi iddiasındadır.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin