Sağlam yaşayaq, sağlam düşünək

0
268

    Sağlam bədəndə sağlam ruh sağlam ruhdan isə sağlam düşüncə olar.
Bu yazıya belə başlığı seçməkdə məqsədim elə də təsadüfi deyil. Biz bilirik ki, Tanrı bizi elə mükəmməl yaradıb ki, bədənimizdə olan fizioloji problemlər əgər müalicə olunmazsa, zaman keçdikcə bizim üçün psixoloji problemlər də yaratmağa başlayır. Tam əksi bəzən insan psixoloji cəhətdən güclü olduqda da fizioloji problemlərə daha asan qalib gələ bilir. Son vaxtlar alimlər bu barədə çoxlu təcrübələr keçirir, yeni metodlar kəşf edirlər. Buna misal olaraq. Oxuduğum bir məqalədə insan bədənin də olan bəzi fizioloji ağrıların 2 effektiv yollla aradan qaldırılması nəzərdə tutulurdu.
1) Şokolad
Şokolad insan beynində müsbət impulslar yaratdığı üçün, beyin tərəfindən “endorfin” (Xoşbəxtlik) hormonu ifraz olunur, bunun nəticəsin də isə ağrılar azalmağa başlayır və bəzən də yox olur.
2) Sevdiyin insanın yanında olmaq.
Bu metodda da sevdiyin insanın ətri, onun saçına toxunmaq (və ya onun sənin saçına toxunması), onunla birgə deyib gülmək, onu qucaqlamaq və.s insan beynində müsbət impulslar yaradır. Bu da orqanizm xoşbəxt olduğu üçün ağrıları aradan qaldırır. İnsan bədəni sağlam, ruhu daim gümrah olduqda, hadisələrə daha optimal yanaşa bilir və onlardan düzgün nəticə çıxara bilir.
Çalışaq Sağlam olaq!
Çalışaq Sağlam Düşünək!

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin