Şimali Koreya ABŞ-ın təcavüzü halında cavab zərbələrinin hədəflərini açıqlayıb!

0
881

   “ABŞ tərəfindən ölkəmizə qarşı hər hansı təcavüz faktı baş verərsə, ABŞ-ın hərbi bazalarını və Seuldakı Prezident iqamətgahını bombalayacaq”.

   Mediaktiv.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Koreya ordusunun Baş Qərargahı məlumat yayıb.

   “Bütün siyasi, iqtisadi və hərbi təxribat xarakterli təzahürlərin qarşısı ordumuz və xalqımız tərəfindən son dərəcə güclü cavabla, qətiyyətli şəkildə alınacaq”, – deyə Koreya Mərkəzi Teleqraf Agentliyinin yayımladığı bəyanatda deyilir.

   Koreya Xalq Ordusunun Baş Qərargahı bildirib ki, KXDR-in cavab zərbələri quru, dəniz və hava sahəsini əhatə edəcək. Cavab zərbələri üçün əsas hədəflər qismində Cənubi Koreyanın Osan, Kunsan və Fyontek bölgələrində ABŞ-a məxsus hərbi bazalar, eləcə də Prezident iqamətgahı “Çonvade”nin adı çəkilib. Həmçinin cavab zərbələrinin ABŞ-ın Yaponiyadakı bazalarına qarşı da yönələcəyi vurğulanıb.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin