Türkiyənin ilk haker filmi Tehdit dəstək gözləyir

0
267

    Hakerlik bütün insanların həm maraq dairəsində olan, həmdə adı gəldikdə bəzən təşvişə salan bir məvhumdur. Dünyada hər gün siber təhlükəsizliyin daha çox əhəmiyyət qazandığı dövrdə bütün film, oyun şirkətləri bu aktual məsələni ələ almağa çalışırlar.

   Qardaş ölkə Türkiyədədə bu mövzuda film çəkilməsi üçün Maskot Films bir addım atdı. Tehdit: Siber Çöküş adlı filmin çəkilişləri bir müddət sonra maliyyə çatışmazlığı üzündən dayandırılmalı oldu.

   Dediyimiz kimi siber dünya mövzusuna əsaslanmış bu film Türkiyənin ən müvəffəqiyyətli filmləri arasında olmağı öz qarşısına məqsəd qoymuşdu. Maliyyə məsələsini həll etmək üçün filmin prodüserləri Fongogo sistemi ilə bir dəstək kompaniyası başlatdılar.

  Fongogo vasitəsilə paylaşılan bu kompaniyada film üçün maliyyə dəstəyi edən şəxslərə xüsusi hazırlanmış stəkan, köynək, plakat, gala üçün bilet və.s hədiyyə olunur.

  Tehdit: Siber Çöküş filminin prodüserləri dəstək olanlara göndərəcəkləri hədiyyələrdən əlavə kampaniya uğurlu olmadığı təqdirdə dəstək verənlərin ödədiyi məbləğin geri qaytarılacağı sözünü verir.

   Tehdit: Siber Çöküş filminin hayata keçməsi üçün yaradılan Fongogo kampaniya səhifəsinə buradan baxa bilərsiniz.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin