Yadplanetliyə aid mumiya tapıldı – VİDEO

0
159

Mediaktiv.az Moderator.az-a istinadən bildirir ki, Peruda yadplanetliyə aid olduğu iddia edilən bir mumiya tapılıb. 

Özlərini “paranormal tədqiqatçı” adlandıran bir qrup Perudakı Nazca şəhəri yaxınlığında bir fəzali mumiyasını tapdıqlarını iddia edib. 170 santimetr boyunda olduğu söylənən mumiya bir insan vücudundan daha çox filmlərdə təsvir edilən yadplanetlilərə bənzəyir. Əlləri və ayaqlarındakı sümük quruluşu 3 barmaqdan ibarətdir. Ağ toza bulanmış halda tapıldığı iddia edilən mumiyanın aparılan karbon testləri nəticələrinə görə, 245-410-cu illər arasındakı dövrə aid ola biləcəyi düşünülür.

Sirli mumiyanın hazırda elm adamları tərəfindən tədqiq olunduğu qeyd olunub.

loading...

Cavabla

Şərhi daxil edin
Xaiş edirik adınızı daxil edin